fbpx

“Təşəkkür etməkdən, utanmadan müəllimə töhmət verirlər” – Deputat nazirə səsləndi

“İmişli rayon Aranlı (yaxın keçmişdə adı Semyonovka olub) kənd məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə  həyəcan qaldırıb ki, məktəbdə tualet bərbad gündə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Həmin müəllimə bu yolla çox vacib bir problemi ictimailəşdirib”. 
Bey.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, təcili bu problem həll olunmalıdır: “Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə rahatlıqla gedə bilər? Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə  biganə qalmayan müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə ger qalmasınlar”. 
Deputat qeyd edib ki, müəllimə təşəkkür etmək yerinə, utanmadan töhmət verilir: “Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış oldğunu söyləmiş və həmin müəlliməni müdafiə etmişdim. Hörmətli elm və təhsil naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan töhmət verilir. Müəllimləri belə rahat və keyfi şəkildə əzmək, gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da bilmirəm, ancaq MÜƏLLİMin kim olduğunu və hansı dəyərə sahib olduğunu şükürlər olsun ki, yaxşı bilirəm”.
Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir. Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin