Təslim ol, yoxsa sonun Saakaşvili kimi olacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini təslim olmağa çağırıb.
Metbuat.az Rusiyanın Pravda qəzetinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Zelenskinin danışıqlara gedib, Rusiyanın şərtlərini qəbul etməkdən başqa yolu yoxdur:
“Həqiqətən qorxu içində yaşayıb həyatının sonuna kimi Saakaşvilinin yolu ilə getmək istəyirsən? Danışıqlar aparsan xilas ola bilərsən. Bütün bunlar indi mənə qulaq asıb tək şansından istifadə edəcəyin təqdirdə mümkün olacaq. Qaçmağa yerin yoxdur”.
Kadırov Zelenskini səlahiyyətlərini keçmiş prezident Viktor Yanukoviçə təhvil verməyə çağırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.