Təxribatlara dərhal cavab veriləcək – Seuldan xəbərdarlıq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Şimali Koreyadan birbaşa təxribatın olacağı təqdirdə buna dərhal və sərt cavab veriləcək”.
Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyindən belə açıqlama verilib. Bildirilib ki, Pxenyanın Seulu hədəfə alacaq təxribatları cavabsız qalmayacaq. Açıqlamaya görə, Cənubi Koreya ABŞ-la hərbi əməkdaşlığı gücləndirəcək.
“Hər istiqamətdən gələ biləcək təhdidlərə cavab vermək üçün quru, dəniz və hava olmaqla bütün sahələrdə güclü müdafiə mövqeyi qorunur” – deyə açıqlamada bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.