fbpx

Təzyiq xəstələri getdikcə artır – Həkim səbəbləri AÇIQLADI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Təzyiq xəstəliyindən əziyyət çəkənlər son dövrlərdə artıb. Çünki insanlar elə bilirlər ki, qan təzyiqi olan adam üç gün, bir həftə, bir ay müalicə olundu, keçib gedəcək”.

Metbuat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib. Onun sözlərinə görə, qan təzyiqinin hər hansı bir əlaməti olmur. O yaratdığı fəsaddan sonra üzə çıxır:

Ümumiyyətlə, arterial təzyiq çox vaxt heç bir əlaməti olmur. Arterial təzyiqin o vaxt əlaməti olur ki, hansısa bir fəsad verir. Ya beyinə qansızma verir, ya ürəkdə problemlər yaradır, ya böyrəkdə problem yaradır. Ona görə də, bəzən qan təzyiqinisəssiz ölüm” adlandırırlar. Çünki hansısa fəsad verdikdən sonra başlayır. 40 yaşdan sonra getdikcə damarların divarlarının elastikliyi azalır. Xüsusilə vurğulasaq ki, bizim qidalanma sistemimiz kifayət qədər yağlıdır, oturaq həyat tərzi keçiririk. Yəni bütün bunlar hamısı qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır”.

Rüya tabirlerini burdan oku

Qalib Əsədov bildirib ki, son dövrlər qan təzyiqindən əziyyət çəkənlərin sayı artıb. Səbəblərinə gəlincə:

“Ona görə ki, insanlar elə bilirlər ki, qan təzyiqi olan adam üç gün, bir həftə, bir ay müalicə olundu, keçib gedəcək. Amma qan təzyiqi olan adamlar daim təzyiqini nəzarətdə saxlamalıdır daimi dərman qəbul etməlidir ki, arterial təzyiq qalxmasın. Çünki hər dəfə arterial təzyiqi yüksələndə artıq beyində, ürəkdə, böyrəklərdə geridönməz proseslər baş verir. Əsas qidalanmaq, oturaq həyat tərzi, az hərəkətlilikbütün bunlar təzyiqin qalxmasına gətirib çıxarır. Yaşa dolduqca bütün insanlarda damarların divarlarında elastiklik pozulur, ateroskleroz əmələ gəlir, damarların mənfəzi daralır. Təbii ki, bu da qan təzyiqinin artmasına gətirib çıxarır”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Təzyiq #xəstələri #getdikcə #artır #Həkim #səbəbləri #AÇIQLADI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu