fbpx

Tacikistanda Müstəqillik Günü qeyd olundu, COP29-un təqdimatı keçirildi

Rüya Yorumları burda


Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən BEY.AZ-a bildirilib ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirildiyi tədbirdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, 106 il əvvəl müsəlman Şərqində qurulmuş ilk demokratik, hüquqi, dünyəvi və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açıb.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın daha da güclənməsi, siyasi, iqtisadi, hərbi cəhətdən dünyada yüksək nüfuz qazanması və böyük inkişafa, sabitliyə nail olması barədə ziyafət iştirakçılarına geniş məlumat verilib.

Səfir çıxışında Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, “Yeni enerji strategiyası”na uyğun olaraq enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, bərpaolunan enerji istiqamətində atılan addımlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr barədə söhbət açıb.

Bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsinin dünya ölkələri tərəfindən ölkəmizə göstərilən böyük hörmət və rəğbətin, eyni zamanda, yaşıl enerjiyə keçid sahəsində dövlətimizin uğurlarına verilən qiymətin göstəricisi olduğu vurğulanıb.

Rüya tabirlerini burdan oku

Tədbirdə, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsindən, ölkəmizin üzləşdiyi mina təhlükəsindən, sülh danışıqlarından, Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma prosesinin həyata keçirilməsindən söhbət açılıb.

Səfir hər iki ölkənin dövlət başçıları arasında yaranmış etibarlı dostluq münasibətlərindən də danışıb, Tacikistan Prezidentinin son günlərdə Azərbaycana həyata keçirdiyi dövlət səfərinin önəmindən bəhs edib.

Tədbir Azərbaycan musiqisinin sədaları altında davam edib və ölkəmizlə bağlı videoçarxlar, habelə COP29-a dair loqo və videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim edilib.

Tacikistan Respublikasının ticarət və iqtisadi inkişaf naziri, Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın həmsədri Zavqi Zavqizoda, həmçinin Tacikistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri ziyafətdə iştirak ediblər.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu