Tahir Kərimli ittihamlara cavab verdi: “Bacım oğlu “taksiçi” işləyir”
BEY MEDIA İnformasiya agenti xəbər verir
“Biz səkkiz bacı-qardaşıq, içərisində ən varlısı da, vəzifəlisi də mənəm”.
Metbuat.az xəbər verir ki, bunu deputat Tahir Kərimli haqqında səsləndirilən iddialarla bağlı danışarkən deyib.
O qardaşları və bacısı oğlu ilə bağlı səsləndirilən iddialar barədə danışıb:
“Yazırlar ki, Tahir Kərimlinin qardaşlarının tikinti təşkilatları var, bacısı oğlu polis rəisi işləyir, biznesi var, villaları var. Mənim də bacım oğlu hüquq fakültəsini bitirib, amma köhnə maşınla taksi sürücülüyü edir. Biz səkkiz bacı-qardaşıq. Hər birimizin uşaqlarımızla birlikdə iş qabiliyyəti olan əlliyə yaxın insanıq.
Bacı-qardaşın içərisində işləyən tək mənəm, övladlarımızdan da bir-iki nəfər işləyir. Yəni, on faizimiz işləyir və yerdə qalan doxsan faizini dolandırmalıdır. Heç biri də rəhbər işdə işləmir. İçərisində ən varlısı da, vəzifəlisi də mənəm.
Bu böhtanlar nəyə lazımdır? Hardadır bizim biznesimiz? Mənim hər hansı bir sahədə biznesim yoxdur. Nə də övladlarımın, qardaşlarımın. Qardaşlarım da o vaxtdan indiyə kimi işsizdir. Hardadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki, öz rayonumda balaca bir evim olsun, gedim-gəlim. Çünki mənim dəfn olunası yerim oradır.
Bir qardaşımın evi zəlzələdən uçub, içərisində yaşaya bilmir, gəlib, Bakıda kirayədə yaşayır, işsizdir. Digər qardaşım da anadan olmadan əvvəl atamın tikdiyi evdə yaşayır. Mən İsmayıllıdakı taxta evdə yaşayıram. Şükür Allaha, vaxtilə dövlətin Bakıdan verdiyi evi var, ora sığınmışıq. Hanı bu villalar?”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.