Taksi fəaliyyəti üçün icazə alanların sayı
Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb.
Bu barədə BEY.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bugünədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir.
Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |