Taksi sürücüsü narkotikin təsiri altında yol-hərəkət qaydasını pozarkən saxlanıldı
BEY MEDIA İnformasiya agenti xəbər verir
Masallı rayonu ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü yol-hərəkət qaydasını pozduğu üçün saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Şaiq Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən, Ş.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.