fbpx

Taksilərlə bağlı yeni dövlət rüsumları olacaq

BEY.AZ informasiya agentliyi xəbər verir



Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları müəyyən edilir.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir:

– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat

– hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat

– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat

– Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat

– Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Taksilərlə #bağlı #yeni #dövlət #rüsumları #olacaq

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin