Tanınmış aparıcı ilə eşq yaşadığı deyilən keçmiş nazir “aradan götürüldü”
BEY.AZ informasiya agentliyi xəbər verir
Qlobal kəşfiyyat saytları iddia edir ki, bir müddətdir yoxa çıxan Çinin keçmiş xarici işlər naziri Qin Gang vəzifədə olarkən ölkəsinin kəşfiyyat məlumatlarını ABŞ və Böyük Britaniyaya verib.
Metbuat.az xəbər verir ki, buna görə də, onun Çin tərəfindən saxlanıldığı iddia edilir. Açıqlamada deyilir ki, keçmiş xarici işlər nazirinin agent olması barədə məlumatı Çin tərəfində Rusiya verib.
Qeyd edək ki, keçmiş xarici işlər naziri Qin Ganqın həftələrdir ictimaiyyət qarşısına çıxmaması müzakirələrə səbəb olmuşdu. Ganqın eşq həyatı ilə bağlı diqqətçəkən iddia ortaya atılmışdı. Qanqın bir müddətdir ki, Honq-Konqda diktor işləyən Fu Xiaotian ilə gizli eşq yaşadığı iddia edilib. Qanqın Çin administrasiyası ilə fikir ayrılığında olduğu iddia edilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tanınmış #aparıcı #ilə #eşq #yaşadığı #deyilən #keçmiş #nazir #aradan #götürüldü