Tanınmış aparıcı qızının ad gününü belə təbrik etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Aparıcı Saleh Bağırov ailəsi ilə fotolarını paylaşıb.
Metbuat.az “Axşam.az”a istinadən xəbər verir ki, şəkillərdə Salehin həyat yoldaşı, qızı və oğlu yer alıblar. Aparıcı övladı Nərgizin 6 yaşı tamam olduğunu vurğulayıb:
“Şahzadələr nağıllarda olur. Bu qız isə ən gözəl və maraqlı nağılın özü, evimizin də Nərgiz gülüdür! Biz şükr edirik sənin hər anına, varlığına, özəlliyinə, şıltaqlığına, bəzən küsüb tez barışmağına, ədalı danışığına, maraqlı suallarına, bir də sevmək gücünə. Ən əsası da budur! Həyatın boyu dolu-dolu sevgi içində yaşayasan balam! Bir də sağlam və şanslı görək səni. Şans hər qapıya açardır. Qoy bu açar həmişə səndə olsun! Nərgiz gülümüz, 6 yaşın mübarək”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tanınmış #aparıcı #qızının #gününü #belə #təbrik #etdi