fbpx

Tanınmış aparıcı yeni vəzifəyə TƏYİN EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi, məşhur aparıcı Aysel Fərziyeva yüksək vəzifəyə təyinat alıb.

Metbuat.az xəbər verir ki, o, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə 10 ildən çox təcrübəsi olan A.Fərziyeva əmək fəaliyyəti ərzində Lider TV, ATV, REAL TV və ARB 24 telekanallarında müxtəlif verilişlərin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.

A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb və “Süfrə” elmi-kütləvi jurnalının baş redaktoru olub.

Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A. Fərziyeva bir çox yerli və beynəlxalq şirkətlər tərəfindən təşkil edilmiş ixtisasartırma kursları və təlimlərdə uğurla iştirak edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tanınmış #aparıcı #yeni #vəzifəyə #TƏYİN #EDİLDİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin