Tanınmış aparıcının evini soyanlar saxlanıldı
Avqustun 25-də Sabunçu rayonu ərazisdindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən BEY.AZ-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar – 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar.
Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib.
Araşdırma aparılır.
Qeyd edək ki, oğurluq olan bağ evi tanınmış aparıcı Yelena Sidorenkoya məxsusdur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |