fbpx

Tanınmış Azərbaycan yazıçısı mükafata layiq görüldü

BEY.AZ informasiya agentliyi xəbər verir


Bədii tərcümə sənətinin dəyərləndirilməsi və stimullaşdırılması məqsədilə təsis edilmiş “Dövlət Tərcümə (Mərkəzi) Mükafatı”na bu il tanınmış Azərbaycan yazıçısı və tərcüməçisi Etimad Başkeçid layiq görülüb.

Metbuat.az xəbər verir ki, o, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə töhfə olaraq, ədibin “Xosrov və Şirin” poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə mükafat alıb.

Etimad Başkeçid yazıçı, tərcüməçi, “Min yol mənə söylər…” romanının, “Dövri-aləm və bir gün”, “Veyil dərəsi”, “Velosiped”, “Tüklücə”, “Günəş topla mənim üçün” hekayələrinin müəllifi, Nikolay Qoqol, Fyodor Dostoyevski, Stiven Kinq, Alberto Moravia, Anton Çexov kimi dünya ədəbiyyatı korifeylərinin, Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” əsərinin tərcümə müəllifi, qədim yəhudi dini abidəsi “Tövrat”ın, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ilk mükəmməl tərcümə müəllifidir.

Onun “Panoptikum” və “Min yol mənə söylər…” kitabları 2006-2012-ci illərdə nəşr olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin