fbpx

​Tanınmış dəb dizayneri Sead İnan Millionaire Concept “The Globe Gala”da

Rüya Yorumları burda

Müasir moda dünyasında özünəməxsus imzası olan, qadın bədəninin üstünlüklərini vurğulayan təmtəraqlı libasların müəllifi Seda İnan qeyri-adi üslubu ilə kütlələr tərəfindən yüksək qiymətləndirilir. Seda İnan uğurlu dizaynları ilə türk və dünya modasını formalaşdıran adlardan birinə çevrilib desək yanılmarıq.

Sektora ilk qədəm qoyan gənc modelyerlər üçün ilham mənbəyinə çevrilən peşəkar dəb dizaynerinin bu sahədə 10 ildən çox təcrübəsi var. Gənc dizaynerin özünəməxsus zərif üslubu seçilmiş kolleksiyalarında özünü biruzə verir. O, dizayn etdiyi geyimlərlə qadın xarakterinin rəngarəngliyini təcəssüm etdirir.

Gənc yaşda mühüm uğurlara imza atan Seda İnan Türkiyənin İstanbul şəhərində iki şöbəsi ilə təkcə türk qadınlarının deyil, Azərbaycan, Küveyt, Almaniya, Dubay, Fransa, Qətər, İtaliya kimi bir çox ölkənin xanım nümayəndələrinin seçimidir.

Onun kolleksiyasında olan hər bir geyimi unikal edən xırda detallardır.

Rüya tabirlerini burdan oku

Peşəkar dəb dizayneri sadəlik və zərifliyi birləşdirərək, müştərilərinə ən uyğun dizaynları təqdim edərək, onların daxil olduqları auditoriyalarda diqqətləri üzərlərinə çəkmələrinə zəmin yaradır.

Seda İnan üçün moda heç vaxt bitməyəcək bir sevgidir və o, bu sevgini ehtiras və fədakarlıqla öz dizaynlarında yaşadır.

Seda İnan, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Well-Known Fashion Designer of The Year” nominasiyasına layiq görülmüşdü.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu