Tanınmış gürcü bloger azərbaycanlılara səsləndi: “Xəngəl yediyiniz bəsdir…”
BEY.AZ informasiya agentliyi xəbər verir
Gürcüstanda məşhur blogerlərdən sayılan Zurab İzoria Tiflisin Botanika bağından videoçarx çəkərək azərbaycanlılara müraciət edib.
Metbuat.az bizim.media-a istinadən xəbər verir ki, Zurab İzoriya Azərbaycan ictimaiyyətinə səslənərək onları Tiflisə gələndə Botanika Bağına da baş çəkməyə dəvət edib:
“Tiflis təkcə şərab və xəngəldən ibarət şəhər deyil. Bura gələndə bir Botanika Bağına da baş çəkin. Bu məkanda sizin çox şərəfli əcdadlarınız uyuyur. Yollarını ot basıb, illərlə onları heç kim ziyarət eləmir”.
Bloger bildirib ki, bu gün mən onları ziyarət edirəm və qarşılarında baş əyirəm.
“Çünki bu adamlar Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında, onun ideologiyasının formalaşmasında can qoyublar”.
İzoriya bu pantiona olan biganə münasibətdən də söz açıb. Qəbrlərə gedən yolda heç bir işarənin olmamasına da tənqidi mövqe sərgiləyib. Bunu hörmətsilik hesab edib.
Xatırladaq ki, həmin pantionda Azərbaycanın görkəmli ədibləri Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov uyuyur. Onlarla yanaşı Azərbaycanın müstəqilliyi üçün canlarını qurban vermiş, ADR-in baş naziri olmuş Fətəli Xan Xoyski, Həsən bəy Ağayevin də qəbrləri var.
Zurab İzorianın azərbaycanlılara etdiyi çağırışla bağlı hazırladığı videoçarxı təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.