Tanınmış jurnalist geyimi ilə gündəm oldu
Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün Cümhuriyyət bayramı kombini sosial şəbəkələrdə trend olub.
Metuat.az lent.az-a istinadən xəbər verir ki, Fulyanın oktyabrın 29-da geyindiyi köynək diqqət çəkib.
O, geyindiyi qırmızı-ağ və ay-ulduzlu köynəyi ilə şəklini sosial media hesabında “Hər şey bu gün üçün özəldir” qeydi ilə paylaşıb. İstifadəçilər onun geyimini çox bəyənib və paylaşımına minlərlə şərh, bəyənmə gəlib.
Qeyd edək ki, oktyabrın 29-da Türkiyədə Cümhuriyyətin 100 illiyi böyük coşğu ilə qeyd olunub.