Tanınmış meyxanaçının qızı narkotik aludəçisi olub
Azərbaycanın tanınmış meyxanaçısı və şairi Nizami Rəmzinin övladlarından birini acınacaqlı vəziyyətdə yaşayır.
Metbuat.az bildirir ki, bu barədə bloger Nail Kəmərli videorolik hazırlayıb.
Yasamal rayonu ərazisində xarabalıq yerdə yaşayan Reyhanın həm də narkotik aludəçisi olduğu üzə çıxıb. Gündəlik plastik əşyaları toplamaqla pul qazanan tanınmış meyxanaçının qızının görüntüləri onun səfalət içində yaşadığını ortaya qoyub.