Tanınmış müğənninin 11-ci övladı olacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rhythm and blues” musiqi janrında ifa edən amerikalı müğənni Keke Vyatt 11-ci övladını dünyaya gətirməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, həyat yoldaşı Zakariya Devid Darrin və övladları ilə birgə fotosunu yayımlayaraq ailələrinə yeni bir üzv qatılacağı üçün xoşbəxt olduqlarını bildirib.
Qeyd edək ki, cütlük 2018-ci ildə ailə həyatı qurub. Bu, Kekenin 3-cü evliliyidir. Onun ilk həyat yoldaşı Rahmat Mortondan 6, ikinci əri Mişel Forddan 3 uşağı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.