Tanınmış psixoloq namizədliyini irəli sürdü
Tanınmış psixoloq Samirə Bağırova növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.
BEY.AZ xəbər verir ki, psixoloq bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, “Instagram” hesabında canlı yayım açaraq namizədliyini irəli sürdüyü 1 saylı Suraxanı seçki dairəsində bir sıra problemlərlə qarşılaşdığını, namizədliyinin qəbul edilmədiyini bildirib.
Psixoloq deyib ki, Hövsan qəsəbəsində imza yığarkən onu bundan əvvəl iki dəfə Suraxanı rayonundan seçilən xanımla səhv salıblar və üstünə hücum ediblər. Daha sonra onu tanıyıblar və imza atmağa razı olublar.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |