Tarixçi-etnoqraf Teymur Bünyadov vəfat edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan elminə ağır itki üz verib.
Metbuat.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.
Tarixçi-etnoqraf, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Teymur Bünyadov bu gün axşam saatlarında 94 yaşında vəfat edib.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. O, Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifidir. Akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda – Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilib.
Allah rəhmət eləsin!
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.