Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəldi
Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.
BEY.AZ-ın respublika başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar.
R.Minnixanovun proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |