fbpx

Taxıl böhranı Azərbaycanı da “vurur”

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünya siyasətinin gündəmi çox sürətlə dəyişir. Real müharibələrlə paralel, sönmüş münaqişə ocaqları da tədricən aktivləşir. Bütün bunların fonunda isə dünya bazarında ərzaq, qeyri-ərzaq məhsulları və ən əsası buğdanın qiymətində kəskin artım müşahidə olunur. Hazırda dünya bazarında buğdanın qiyməti son on ilin ən yüksək göstəricisidir.

Maraqlıdır ki, son on il ərzində dünya üzrə buğda istehsalında 10 faizə qədər artım müşahidə edilsə də, paralel olaraq buğdanın qiymətində də artım müşahidə edilir. Çikaqo əmtəə birjasının məlumatlarına görə, buğda fyuçersləri hazırda rekord səviyyəyə qalxıb və yüksəlməkdə davam edir.

Nə baş verir?

Ərzaq bazarında qiymətlərə təsir edən faktorlar kifayət qədər çoxdur. Odur ki, proses düşünüldüyündən də mürəkkəbdir. Hava şəraiti, ticarət siyasəti, aqrar siyasət, taxıl ehtiyatı siyasəti, bioyanacaq siyasəti və dəyişən beynəlxalq maliyyə şərtləri ərzaq qiymətlərinə təsir edən mühüm amillərdir. Hazırda isə dünya bazarında buğdanın qiymətinin artmasına təsir edən əsas amillər bunlardır:

1. Əlverişsiz hava şəraiti və quraqlıq;

2. Rusiya-Ukrayna müharibəsi başda olmaqla, aktivləşən yeni müharibə ocaqları;

3. Daşınma xərclərinin artımı;

4. Dövlətlərin proteksionist siyasəti və s.

Prinsip etiabrilə, qeyd edilən 4 səbəb bir-birinə zənzirvari bağlıdır. Hazırda dünya miqyasında davam edən anormal istilər bir çox taxıl istehsalçısı ölkələrdə quraqlıq yaradıb. İqlim dəyişkənliyinə və ekstremal hava şəraitinə həssas olan kənd təsərrüfatı sektorunda təbii səbəblərə görə qiymət artımı normaldır. Ötən il ərzində ABŞ, Kanada və Rusiyada müşahidə olunan quraqlıq və yüksək temperatur buğda istehsalına ciddi şəkildə təsir etdi. ABŞ-da quraqlıq və yüksək temperatur 2021-ci ildə yazlıq buğda məhsulunun 40 faiz azalmasına və ümumi buğda yığımının isə 10 faiz azalmasına səbəb oldu. Təəssüf ki, bu tendensiya bu gün də davam edir.

Qara dəniz bölgəsinin iki ən böyük buğda ixracatçısı olan Ukrayna ilə Rusiya arasındakı 174 gündür davam edən müharibə isə öz növbəsində buğdanın bahalaşmasına səbəb olur. Buğda istehsalı ilə məşğul olan digər istehsalçı ölkələr isə daxili bazarda ərzaq təhlükəsizliklərini riskə atmamaq üçün bazara müdaxilə edirlər. Məsələn, Hindistan, Qazaxıstan kimi əsas buğda ixracatçısı buğda ixracını məhdudlaşdıracaq siyasət yürüdür.

“Buğda diplomatiyası” ucuzlaşma yaradacaqmı?


Hazırda dünya miqyasında buğda böhranından çıxış yolları axtarılır. Xüsusilə, iri buğda idxalçısı olan ölkələr mövcud problemin həlli istiqamətində səylərini artırıb. Misal üçün, Türkiyənin böyük səyi nəticəsində İstanbulda Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına dair razılaşma əldə olunub. Düzdür, sazişin imzalaması taxıl ixracatının bərpa olunması, buğdanın qiymətlərinə təsir etsə də, bu taxıl böhranının fundamental həlli anlamına gəlmir. Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır.

Müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkin sahələrinin kəskin azalacağı gözlənilir. Bu isə o deməkdir ki, gələn ildə də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq. Rusiya isə yuxarda qeyd etdiyim səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən 2 ölkə qlobal taxıl ixracatının 30%-ni formalaşdırır və onların bazardan çəkilməsi təklifə ciddi təsir göstərir.

Azərbaycanda unun qiymətində artım qaçılmaz görünür!

Buğda Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas kənd təsərrüfatı məhsulu hesab edilir. Digər bir deyimlə buğda strateji məhsullar siyahısına daxildir. Məhz bu səbəbdən, əkin strukturunda buğda xüsusi çəkiyə malikdir.

Hazırda ölkədə 595 min hektardan çox ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. Ümumilikdə, buğdanın əkin sahəsində ötən il ilə müqayisədə artım müşahidə edilib.

Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkədə buğda strateji məhsul hesab edildiyi üçün buğdanın əkininə dövlət dəstəyi son illərdə artmaqdadır. Bununla belə, təəssüf ki, daxili təlabatın böyük bir hissəsi idxal hesabına ödənilir. Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Rusiya isə hazırda Ukrayna ilə müharibə, ölkə miqyasında quraqlıq riski və digər səbəblərdən xarici ölkələrə buğda ixracını məhdudlaşdırıb. Qazaxıstan da Rusiya kimi bənzər siyasət yürüdür.

Nəticə etiabrilə, Azərbaycanda buğda və ondan alınan məhsulların, xüsusilə də un və un məmulatlarının qiymətləri xarici bazarlardan asılıdır. Yuxarıda da qeyd edildiyi kimi, Rusiyanın buğda ixracını tənzimləmək üçün ixracının əngəlləməsi Azərbaycan bazarına təsirsiz ötüşə bilməz.

Odur ki, Azərbaycanda un və un məmulatlarının qiymətlərinin artması qaçılmaz görünür.

Politoloq Turan Rzayev / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin