Taxıl qıtlığı olacaq? – Rusiya XİN-dən AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
“Taxılın qiymətinin aşağı düşməsi qlobal aclıq təhlükəsinin olmayacağını göstərir”.
Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib:
“Taxılın qiymətləri son aylarda davamlı şəkildə aşağı düşdüyü üçün qlobal qıtlıq olmayacaq”, – deyə o qeyd edib.
Biriçevski BMT, Türkiyə və Ukrayna arasında əldə olunan razılaşmaların da bu məsələdə mühüm rol oynadığını deyib. Artıq Türkiyə gəmiləri də Qara dəniz vasitəsilə Ukrayna taxılını Avropa bazarına çıxarmağa başlayıb.
Qeyd edək ki, ekspertlər qlobal xəbərdarlıqla bağlı bildirirlər ki, Rusiyaya qarşı sanksiyalar səbəbindən Avropanı aclıq gözləyir.
Həmçinin oxuya bilərsiniz: Çörəyin qiyməti bu tarixdən bahalaşacaq – Ekspert AÇIQLADI
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.