fbpx

Taxıl sazişi Krım körpüsünə hücuma görə ləğv edilib?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın taxıl sazişindən çıxmasından danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, taxıl müqaviləsinin tətbiq olunduğu bölgə Kiyev rejimi tərəfindən hərbi məqsədlər üçün istifadə edilib. Peskovun sözlərinə görə, Rusiyanın iştirakı olmadan taxıl sövdələşməsini davam etdirmək cəhdləri risklərə səbəb olacaq. “Çünki taxıl dəhlizi silahlı fəaliyyətlərin aparıldığı əraziyə qədər uzanır və hətta Kiyev rejimi tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Müvafiq təhlükəsizlik təminatları olmadan orada bu riskləri nəzərə almaq lazımdır. Biz hansı ölkənin bu risklərə nə dərəcədə hazır olduğunu deyə bilmərik”.

Kremlin sözçüsü Ukraynanın Krım körpüsünə hücum üçün taxıl dəhlizlərindən istifadə etmə ehtimalı ilə bağlı suala belə cavab verib: “Bu barədə konkret heç nə deyə bilmərəm. Ancaq bilirsiniz ki, ordumuz Ukraynanın bu taxıl dəhlizlərindən hərbi məqsədlər üçün istifadə edildiyini bəyan edib”.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Taxıl #sazişi #Krım #körpüsünə #hücuma #görə #ləğv #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu