”Taxıl sazişi”ndən çıxan Rusiyanın yeni planı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Taxıl sazişi”ndən çəkilən Rusiyanın İran üzərindən Hindistana taxıl daşıyan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizindan istifadə edəcəyi iddia edilir.
Metbuat.az Haberglobal-a istinadən xəbər verir ki, Ukraynanın ən böyük kənd təsərrüfat firması olan və ölkədəki ən mühüm taxıl müqavilələrini icra edən “UkrAgroConsult”un verdiyi açıqlamada Rusiyanın “Fars xətti” adlı marşrutu özünə alternativ plan olaraq təyin etdiyi iddia edilib. Məqalədə bu planın ötən ildən Rusiyada müzakirə olunduğu və İranın da planla yaxından maraqlandığı bildirilib.
Digər tərəfdən, Rusiyada yerləşən dəniz xəbər saytında – “Port News IAA”da 2023-cü ilin mart ayında dərc edilən xəbərlər bu məlumatı təsdiqləyir. Martın 30-da “Rusiyanın taxıl ixracı üçün İranda nəqliyyat xətti yaradılacaq” başlıqlı xəbərdə Rusiya Dövlət Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutskinin açıqlamaları və Rusiyanın İranda taxıl ixracatı üçün yeni bir xətt qurulması ilə bağlı məlumat yer alıb.
Bəyanatda həmçinin sözügedən xəttin yaxın gələcəkdə Süveyş kanalı və ya Qara dənizə alternativ olacağı bildirilir. Bu açıqlama “Rusiya bu müddət ərzində taxıl dəhlizinin ləğvinə hazırlaşırdımı?” sualını ortaya qoyur.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
Rusiya iyulun 17-də “Taxıl sazişi”dən çıxdığını bəyan edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Taxıl #sazişindən #çıxan #Rusiyanın #yeni #planı