fbpx

“Taxıl sazişi”nin dayanması qiymətlərə necə təsir göstərəcək?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Dünən Rusiya “Taxıl sazişi”ndən ayrılıb və sazişin müddəti uzadılmayıb. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan avqust ayında Rusiya Prezidenti Putinlə bu məsələni yenidən müzakirə edəcəyini bildirib.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Ukrayna taxılının, ərzaq və gübrələrin Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Saziş imzalandıqdan bu günədək mindən çox gəmi ilə 33 milyon ton taxıl daşınıb. İxrac olunan məhsulların 40 faizi Avropa, 30 faizi Asiya, 12 faizi Afrika, 5 faizi Orta Şərq ölkələrinin, 13 faizi isə Türkiyənin payına düşür. Gəmilərlə arpa, buğda, soya, şəkər çuğunduru, noxud, günəbaxan yağı daşınıb. Bəs sazişin dayandırılmasından sonra bazarda hansı dəyişikliklər gözlənilir? Bahalaşma müşahidə olunacaqmı?

Məsələ ilə bağlı Metbuat.az-a danışan iqtisadçı ekspert, professor Elşad Məmmədov bildirib ki, Rusiyanın saziş barədə bu qərarı gözlənilən idi:

Rüya tabirlerini burdan oku

“Rusiyaya saziş çərçivəsində vəd edilənlər kollektiv Qərb tərəfindən verilmədi. Demək olar ki, Rusiya bu saziş çərçivəsində Ukrayna taxılının ixracına, daşınmasına icazə versə də, xarici bazarlara bu kanalla Rusiya taxılının çıxarılması və Rusiyanın müvafiq bankının, müvafiq hesablaşmalarla yaradılması imkanı kollektiv Qərb tərəfindən bloklandı.

Hesab edirəm ki, bu sazişin ortaya çıxması Kremlin Prezident seçkilərində Ərdoğana Rusiyanın milli maraqları çərçivəsində dəstəyi ilə bağlı idi. Faktiki olaraq Rusiya Ərdoğana dəstək verərək bu sazişə getdi. Sazişin reallaşması Türkiyənin hazırkı rəhbərliyi üçün böyük iqtisadi və siyasi dividendlər vermiş oldu.

Hesab edirəm ki, razılaşma o halda mümkün ola bilər ki, Rusiya da öz taxılını bu kanal üzrə dünya bazarına çıxara bilsin. Avqust ayında Rusiya və Türkiyə prezidentləri arasında bu istiqamətdə danışıq gözlənilir”.


Ekspert bildirib ki, sözügedən saziş yenidən imzalanana qədər taxıl bazarında bahalaşma ola bilər:

“Ona qədər taxıl bahalaşa bilər. Bəllidir ki, Ukrayna və Rusiya taxıl bazarında kritik dərəcədə böyük paya malikdirlər. Bu iki ölkənin bazarda mövqeyinin dəyişməsi taxıl bazarına təsir edir.

Hazırda Ukrayna taxılını bazara çıxarmaqda problem yaşayır. Bu da Rusiya tərəfinə taxıl bazarında qiymətləri diktə etməsi üçün şərait yaradacaq. Düşünürəm ki, əgər saziş avqust və sonrakı dövrdə uzadılmasa, qiymətlər payıza doğru kəskin artacaq. İlk növbədə taxıl idxalçıları əziyyət çəkəcək.

Azərbaycan Rusiya ilə müvafiq razılaşmalar əsasında tədarük edib. Azərbaycanın da taxıl idxalından asılığı onu deməyə əsas verir ki, sazişin imzalanmaması ilin sonuna yaxın Azərbaycanda da qiymətlərin artmasına səbəb ola bilər.

Taxıl sazişinin imzalanması dünya bazarında sabitlik üçün məqsədəuyğundur. Qeyd etmək istəyirəm ki, kollektiv Qərb əgər öz öhdəliklərinə əməl etsə, bu halda dayanıqlı şəkildə “Taxıl sazişi”nin mümkünlüyü barədə konkret fikirlər demək olar”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Taxıl #sazişinin #dayanması #qiymətlərə #necə #təsir #göstərəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu