Tbilisidə keçirilən aksiyada 50 nəfər saxlanılıb
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı polis 50 nəfəri saxlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumata görə, etirazçılar inzibati qaydada saxlanılıb. Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən artıqdır.
Qeyd edək ki, son iki gündə Gürcüstanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.
Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olub. Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Etirazların səbəbi Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək barədə bəyanatı olub.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |