Tbilisidə polis etirazçıları dağıtmağa çalışır
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasında iştirakçılar yenidən ali qanunverici orqanın pəncərələrinə və polisə pirotexniki vasitələr və daşlar atmağa başlayıblar.
BEY.AZ “xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edirlər. Parlament binasına bitişik küçələrə Daxili İşlər Nazirliyinin polis və xüsusi təyinatlı dəstələri səfərbər edilib.
Qeyd edək ki, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |