fbpx

Tehrandakı səfirliyimizə təşkil edilən terror aktı ilə bağlı yeni VİDEO

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Tehrandakı səfirliyijmizə təşkil edilən terror aktı ilə bağlı bir sıra məqamlar açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə məlumat verib.

XİN rəsmisi bildirib ki, Terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib. Onun sözlərinə görə, 08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb: “Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralanıb”.

Rüya tabirlerini burdan oku

XİN rəsmisi Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb.O bildirib ki, lakin bu dəfə terrorçu üzərində daşıdığı tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb.

Ayxan Hacızadə qeyd edib ki, giriş qapısındakı İran polisinin əməkdaşı nəinki hadisəyə müdaxilə etməyib, hətta ərazidən uzaqlaşıb. Ayxan Hacızadənin sözlərinə görə, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb, özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb.

Ayxan Hacızadə həmçinin bildirib ki, mətbuatda guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair xəbər yayılmışdı: “Amma videodan da göründüyü kimi, bu, planlaşdırılmış terror hücumudur. Səsləndirilən bəyanatların heç bir əsası yoxdur. Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyədək İran heç bir əsaslı cavab verməyib”.

O, xəbərlərdə terrorçunun səfirliyə həyat yoldaşını axtarmağa gəldiyi barədə məlumatları oxuduğunu bildirib: “Bu, tamamilə yalandır. Əgər həyat yoldaşını axtarırdısa, bu barədə səfirliyə hər hansı bir sorğu və məlumat daxil olmalı idi”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.








You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tehrandakı #səfirliyimizə #təşkil #edilən #terror #aktı #ilə #bağlı #yeni #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu