fbpx

Tehranın Azərbaycana qarşı növbəti düşmən mesajı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İran Azərbaycandakı səfirini məsləhətləşmək üçün Tehrana çağırıb.

Politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a bu barədə açıqlamasında dedi ki, bu, İranın Azərbaycanla münasibətlərində ciddi böhranın olduğunu göstərir. Politoloq hesab edir ki, bu böhran birbaşa Tehran tərəfindən qaynaqlanır.

“Azərbaycanın İsraildə səfirlik açması və Avrasiya regionunda İsrail diplomatlarının Bakıda konfrans keçirilməsi qərarından sonra Tehran səfərini geri çağırdı. Bunu səssiz etsə də birbaşa ölkəmizə qarşı yeni planlar hazırlanır. Cavab olaraq Azərbaycan da öz səfirini məsləhətləşmək üçün Tehrandan geri çağıra bilər. İranın Azərbaycandakı səfəri Abbas Musəvi Tehranda erməni kilsəsinin təşkil etdiyi tədbirə qatılıb və birgə tort kəsiblər. Bu,Tehranın Azərbaycana qarşı düşmənlə bir mesajıdır. Səfirin Tehranın təlimatı olmasa belə bir tədbirə qatıla bilməzdi”.

Rüya tabirlerini burdan oku

M. Əsədullazadə qeyd etdi ki, İran bütün diplomatik nəzakət qaydalarını kobud şəkildə pozur. İran Azərbaycan əlaqələrinin normallaşmasına gəldikdə, bu yaxın perspektivdə mümkün olmayacaq.

“Güney Azərbaycan məsələsi İran və Azərbaycan arasında başlıca problemə çevrilib”,- deyə politoloq bildirib.

Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tehranın #Azərbaycana #qarşı #növbəti #düşmən #mesajı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu