“TEKNOFEST Azərbaycan” çərçivəsində əyləncə proqramı təşkil olunacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində texnologiya müsabiqələri və tədbirlərlə yanaşı paytaxt sakinləri və qonaqlar üçün əyləncəli proqramlar təşkil olunacaq.
Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, festival çərçivəsində Bakıda ilk dəfə olaraq məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında su üzərində “Flyboard” şousu da baş tutacaq. O, Qətər və BƏƏ-də su üzərində Flyboard üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak edib.
Paytaxt sakinləri və qonaqlar 4 gün ərzində, gündə 2 dəfə olmaqla “Flyboard”şousunu izləyə biləcəklər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.