fbpx

“Telefonda film izləyib” – İşdən çıxarılan maşinistlə bağlı AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yeni nəsil qatarların idarəetmə kabinalarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə bu ilin mart-aprel aylarında keçirilmiş növbəti mütəmadi yoxlama zamanı qatar maşinisti Günay Həbiblinin idarəetmədən yayınmaqla şəxsi mobil cihazdan istifadə edərək film izlədiyi, mobil telefonla danışıqlar apardığı, sosial medianı izləməsi aşkarlanıb.

Metbuat.az “Report”a istinadən bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qurum bir qədər əvvəl işdən azad etdiyi maşinistin ona qarşı ittihamlarına münasibət bildirib.

Rüya tabirlerini burdan oku

“Maşinist 2023-cü il aprel ayının 3-də yol verdiyi ciddi xidməti xətaya görə intizam tənbehinə cəlb edilib. Şəxsi mobil rabitədən istifadə qadağan edildiyi halda, onun bu qaydanı pozması daxil olmaqla, məsələlərin geniş araşdırılması aparılıb.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı metropoliteninin müvafiq normativ aktları və təlimatlarını, prosedur qaydalarını, o cümlədən hərəkət və sərnişin təhlükəsizliyi tələblərini kobud şəkildə pozmuş maşinistin hər hansısa güzəşt tətbiq edilmədən qatar maşinisti vəzifəsindən kənarlaşdırılmasının qaçılmazlığı müəyyən edilib.

Ümumiyyətlə, yol verdiyi nöqsan və xətalara görə Bakı metropolitenində maşinist kimi çalışdığı dövrdə Günay Həbibliyə intizam tənbehi tədbirləri tətbiq edilib. Bakı metropolitenində hərəkət və sərnişin təhlükəsizliyi ən əsas vəzifə hesab edildiyindən hər bir hadisə, o cümlədən yol verilən hər bir xəta və nöqsanlar fərdi qaydada araşdırılır və müvafiq tədbirlər görülür, ölçülər götürülür. Bu mənada məhz sərnişin təhlükəsizliyi baxımından maşinistlərə heç bir fərq qoyulmadan xüsusi güzəşt və imtiyazlar yolverilməzdir”, – deyə açıqlamada qeyd olunub.

Bakı Metrosundan o da bildirilib ki, maşinist vəzifəsindən azad edilmiş G.Həbibliyə metroda başqa iş təklif edilsə də o həmin təklifi qəbul etməyib:

“2023-cü il may ayının 4-də G.Həbibli maşinistlikdən azad edilməklə, ona başqa iş təklif olunub. İntizam nizamnaməsinə uyğun olaraq, ciddi nöqsanlara yol verən maşinistlər vəzifədən azad edilərkən, başqa vəzifə və ya peşədə çalışmaları üçün iş təklif edilir. Bununla bağlı bir çox nümunələr göstərmək olar. G.Həbibliyə daha əvvəllər çalışdığı platforma növbətçisi peşəsi üzrə iş təklif olunsa da, xanım təklif olunan işdən imtina etdiyindən, 2023-cü il iyunun 17-də şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib”.

Qurum həmçinin xanım maşinistin mediaya verdiyi açıqlamaların əsassız olduğunu da açıqlayıb:

“Mediaya açıqlama və müsahibələrinə əsasən, G.Həbiblinin səhvlərə yol verməməsi ilə bağlı israrla yayılan məlumatlar əsasında ictimaiyyətdə yarana biləcək çaşqınlıq, işçiyə qərəzli münasibət göstərilməsi ilə bağlı formalaşa biləcək qeyri-obyektiv fikirlərə münasibətdə bildiririk ki, “Bakı Metropoliteni”ndə istənilən işçinin sosial vəziyyəti, bir sıra spesifik sahələrdə işçilərin psixoloji durumu və digər məsələlər nəzərə alınaraq diqqətdə saxlanılır, müvafiq dəstək verilir. Bir işçinin, ələlxüsus qatar maşinistlərinin formalaşmasına, peşə qabiliyyətinin yüksəldilməsinə sərf olunan vaxt, çəkilən zəhmət və s. nəzərə alınmaqla, “Bakı Metropoliteni”nin işçilərə həssas, diqqətli yanaşması ilə bağlı şübhələr tam əsassızdır. Bildiririk ki, G.Həbibliyə heç bir zaman qərəzli münasibət göstərilməyib, xanımın yol verdiyi nöqsanların aradan qaldırmasına daim şərait yaradılıb, ona bütün mümkün dəstək verilib, işə münasibətini dəyişməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilib.

Son hadisələr G.Həbiblinin işinə qeyri-ciddi yanaşdığını və müvafiq tədbirlərin qaçılmazlığını göstərib. Tutduğu vəzifə və mövqeyindən asılı olmayaraq, “Bakı Metropoliteni”ndə işçilərin fəaliyyəti normativ sənədlərlə tənzimlənir. Bu və digər intizam tədbirləri işçinin sosial və digər mümkün statusuna görə deyil, yalnız hadisə, xəta və nöqsanların müvafiq qaydada təsnifatına uyğun tətbiq edilir”.

Maşinistin işdən azad edilməsi ilə bağlı ilk xəbəri “Report” yayıb. Xanım mediaya açıqlamasında işdən azad edilmə səbəbinin başqa olduğunu, onun haqqında dezinformasiya yayıldığını bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Telefonda #film #izləyib #İşdən #çıxarılan #maşinistlə #bağlı #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu