fbpx

Telefonla danışdığı “qız”ın evinə getdi, gördüklərindən şoka düşdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakının Nizami rayonunda 1992-ci il təvəllüdlü Fərid adlı şəxs Bahadur və Vidadiyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Metbuat.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 7 yanvar 2021-ci ildə baş verib.

Fərid əvvəlcədən sosial şəbəkədə Aysel adlı istifadəçinin 40 manat müqabilində masaj xidmətləri göstərməsi barədə elanına əsasən cinsi azlıq olan Bahadurla telefon əlaqəsinə əsasən masaj xidməti üçün onun yaşadığı mənzilə gəlib.

Rüya tabirlerini burdan oku

Fərid Bahadur və həmin evdə müvəqqəti yaşayan Vidadinin cinsi azlıqlara mənsub olmalarını anladıqda getmək istəyərkən mübahisə baş verib. Fərid Vidadinin əlindən aldığı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Sonra Bahadura xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, yanvarın 7-də saat 12 radələrində mobil telefonunda “Xidmətlər.az” saytında Aysel adlı qızın 40 manata masaj xidməti göstərməsi barədə elanını görüb və saytda qoyulmuş telefon nömrəsi ilə əlaqə saxlayıb:

“Mənimlə danışan qız 40 manata masaj etdiyini, əlavə xidmətlər barədə evdə söhbət edə biləcəklərini bildirdi. Saat 13 radələrində özünü Aysel kimi təqdim edən şəxsin evinə getdim. Evə yaxınlaşanda qapının açıq vəziyyətdə olduğunu gördüm. Qız səsi ilə məni kimsə içəri çağırdı, evə girdikdən sonra qapını arxadan bağlamağı xahiş etdi.

Dəhlizdə ayaqqabımı çıxardım, otağa keçmək istəyərkən oradan oğlan çıxdığını gördüm. Kim olduğunu soruşdum, mənimlə telefonda danışan şəxs olduğunu bildirdi. Çox təəccübləndim və bildirdim ki, ayıbdı, şərəfin olsun, özünü nə üçün qız kimi qələmə verirsən. Bu vaxt mənimlə danışan şəxs başqasını da yanına çağırdı. Mətbəxdən arıq bədən quruluşlu bir nəfər mənə yaxınlaşdı. Ona bildirdim ki, gedirəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman onunla üzbəüz söhbət edən şəxs mətbəx tərəfə keçib və geri qayıdıb: “Qayıdanda əlində bıçaq olduğunu gördüm. Özünü Aysel kimi təqdim edən şəxs əlində olan bıçağı açdı, mənə tərəf uzadaraq “üzərində nə qədər pul varsa, çıxar ver” dedi. Ona “nə üçün sənə pul verməliyəm” dedim. Mənə əmr formasında soyunmağımı bildirdi. Dedim ki, sən kimsən, mənə soyunmağı əmr edirsən?

Bu vaxt mətbəx tərəfdə dayanmış şəxs “biz sənə indi göstərəcəyik ki, kimik” dedi. Aramızda mübahisə baş verdi. Bir qədər evdə əlbəyaxa olduqdan sonra bıçağı həmin şəxsin əlindən aldım. İki nəfərin üzərimə hücum çəkərək məni döymək istədilər. Özümü müdafiə etmək üçün bıçağı sonunculara tərəf uzatdım, yaxın gəlməmələrini bildirdim. Bu vaxt bıçaq həmin şəxslərin bədənlərinin müxtəlif nahiyələrinə dəydi.

Arıq bədən quruluşlu şəxs mətbəx tərəfə qaçdı, pəncərəyə çıxaraq özünü aşağı atmaq istədi. Onun dalınca getdim, pəncərədən onu mətbəxə düşürmək istədim”.

Fərid deyib ki, bu vaxt həmin şəxs pəncərənin kənarında olan borudan tutaraq aşağıya doğru sürüşüb: “Digər şəxs isə evdən çıxaraq qaçdı. Mən də onun dalınca aşağı düşdüm. Həyətə çıxanda onlar kənarda dayanaraq mənə hədə-qorxu gəldilər, məni tutduracaqları ilə hədələdilər. Evdən gedərkən ola bilsin, bıçaq əlimdən ya bloka, ya da pəncərədən aşağı düşüb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bahadurun sözlərinə görə, Quba rayonunda qeydiyyatda olmasına baxmayaraq Bakının Nizami rayonu ərazisində kirayədə yaşayır: “Həmin evdə ayı 300 manata Ələkbərlə birlikdə yaşamışam. Ələkbər mənim yaşadığım oğlandır. İş olmadığından sosial şəbəkələrdə öz telefon nömrəmi qoyaraq 40 manata masaj xidməti göstərdiyimi qeyd etmişəm.

Müxtəlif şəxsləri kirayədə yaşadığım evdə qəbul edərək 40 manata masaj edib, pul qazanmışam. Kirayədə yaşadığım evdə 20-30 nəfər qəbul edərək sonuncuları masaj edib, hərəsindən 20-40 manat civarında pul alırdım”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, yanvarın 7-də telefon nömərəsinə zəng gəlib: “Özünü Fərid kimi təqdim edən şəxs masaj etdirmək istədiyini bildirdi. Ona yaşadığım ünvanı dedim, evimə dəvət etdim. Təxminən 1 saatdan sonra gəldi. Gəlməmişdən öncə evdə tək olub-olmadığımı soruşdu. Bildirdim ki, evdə təkəm. Həm də soruşdu ki, 200 manata xırdam olacaqmı? Dedim, xırdam yoxdur.

Fərid yaşadığım evə gəldi. Onun qarşısına Vidadi çıxdı. Mən isə mətbəxdə gözlədim. Vidadi Fəridlə görüşdükdən sonra yataq otağına keçdilər. Təxminən 30 dəqiqə sonra Vidadi yataq otağından çıxdı, hamama daxil oldu. Fərid isə mətbəxə keçmək istədi.

Bu zaman Vidadi Fəridə bildirdi ki, mətbəxə keçməsin, orada onun şəxsi əşyaları var. Vidadi və Fərid yenidən yataq otağına daxil oldular. 5-10 dəqiqə otaqda sakitçilik oldu. Bir qədər sonra Vidadi qışqırdı, köməyə məni çağırdı. Yataq otağına daxil olan zaman otaqda qan gördüm. Fəridin əlində bıçağı gördüm, qışqırdım ki, qonşular kömək etsin.

Bu vaxt Fərid bıçaqla üstümə gəldi, mənim kürək nahiyəmə bir neçə zərbə vurdu. Mən mətbəxə tərəf qaçdım. Pəncərədən qışqıraraq köməyə adam çağıran zaman Fərid məni pəncərədən aşağı itələdi. Bayırda olan kabellərdən yapışdım, 2-ci mərtəbədə olan balkonun damına düşdüm. Yerə düşdükdən sonra 102 xidmətinə zəng vurdum, şikayət etdim”.

Bahadur deyib ki, təxminən 5 dəqiqədən sonra Vidadi küçəyə çıxıb: “Vidadi küçəyə çıxanda bədəninin müxtəlif yerlərində xəsarət olub. Fərid məni pəncərədən aşağı itələyən zaman nalayiq söyüşlərlə təhqir etdi. Bir neçə dəqiqə sonra polis əməkdaşları və təcili yardım gəldi. Məni və Vidadini xəstəxanaya apardılar. Düşünürəm ki, Fərid evdən gedərkən mətbəxdə olan 14000 manatı və 10000 manat dəyərində olan qızıl-zinət əşyalarını götürüb”.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.

Fəridin barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq olunub.

Onun barəsində olan cinayət işinin icraatına xitam verilib və cinayət məsuliyyətindən azad edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu