fbpx

Telefonların qeydiyyat rüsumu ləğv edilib?

BEY.AZ informasiya agentliyi xəbər verir

“Rüsum ləğv edilməyib. Xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb.

“Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.

Bununla bağlı çox yazılıb. Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib”,- deyə o qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin