“Teleqram”da bu oyun hər kəsə pul paylayır?
“Telegram” tərəfindən buraxılan “Hamster Kombat” oyunu ilə bağlı bir sıra suallar ortaya çıxıb. Bir sıra şəxslər oyunun dələduzluq məqsədilə yaradıldığını düşünür.
BEY.AZ xəbər verir ki, İKT üzrə ekspert Fərid Pərdəşünasın sözlərinə görə, oyun skam – yəni dələduzluq deyil və ya şəbəkə marketinqi kimi qatılımçıların pulları əsasında büdcə formalaşdırmır:
“Oyun “Airdrop” məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilir. Yəni, çox sayda istifadəçi cəlb edilir. Oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda iştirakçıların bir qismi arasında paylanır.
Əgər “Airdrop” və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz.
Oyun “Telegram”ın TON zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutalardan yeni qazanclar əldə etməkdir. Hazırda istifadəçidən hər hansı məbləğdə investisiya tələb edilmir. Oyunun nə qədər “Airdrop” verəcəyi və sizə nə qədər düşəcəyi də məlum deyil. İstifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir.
Burada yığdığınız virtual pullarla milyoner olmayacaqsanız. Amma bundan əvvəlki belə oyunlarda 100-800 dollar arası “Airdrop” yığan şəxslər olub”.
Ekspert “Airdrop” yığmaq istədiyiniz halda tək bu oyunla yox, bir çox kriptovalyuta layihəsini izləyib, davamlı yığmağı məsləhət görüb: “Bu halda qazanc əldə etmək daha məntiqli olur.
Bu məntiqi tam anlamadam, digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli “Airdrop”lardan anlayışı olmadan yatırım etməyi məsləhət görümürəm. Çünki, çox sayda skamlar da var”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |