Televiziyalardan Hitler obrazının yer aldığı reklamların yayımının dayandırılmasını tələb edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Audiovizual Şurası televiziya və radio yayımçılarına müraciət edib.
Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:
“Son günlər bir sıra televiziya kanallarında yayımlanan bir reklam çarxında təqdim olunan əmtəəyə diqqəti cəlb etmək üçün nasist ideologiyasının banisi və nasist Almaniyasının rəhbəri olmuş Adolf Hitler obrazından və o obraz üzərində qurulmuş yumoristik səhnədən istifadə halı müşahidə olunub. Azərbaycan xalqının onilliklər ərzində Ermənistanın ona qarşı həyata keçirdiyi faşist və neonasist siyasətdən əziyyət çəkdiyini, o cümlədən, II Dünya Müharibəsi illərində Azərbaycandan olan əsgər və zabitlərin faşist Almaniyasına qarşı fədakarcasına mübarizə apardığını nəzərə alaraq belə videoçarxlar qəbulolunmazdır.
“Media haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1-ci maddəsinin tələbini, eyni zamanda, Adolf Hitlerin irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin ideoloji olaraq əsas banilərindən biri olmasını nəzərə alaraq yayımçılardan belə məzmunda reklam çarxlarının yayımını, habelə media reklam agentliklərindən belə məzmunlu reklam çarxlarının istehsalını dərhal dayandırmalarını tələb edirik.
Aparılan monitorinqlər nəticəsində belə hallara yenidən rast gəlinərsə həmin reklam çarxının yayımını həyata keçirən televiziya və ya radio yayımçısına qarşı qanunvericiliklə müəyyən olunan sanksiya tətbiq olunacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.