Telman İsmayılov bu məşhur müğənnini döyüb, əlindən öpməyə məcbur edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Moskvanın Presnenski Rayon Məhkəməsi müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı işə baxmağı davam etdirir. İclasda cinayəti araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşlarının dəlilləri dinlənilib. Onlar “AST” qrupunun rəhbəri ilə müğənni arasındakı münasibətdən danışıblar. İstintaqın məlumatına görə, iş adamı Telman İsmayılov Russonu dəfələrlə ələ salıb, təhqir edib.
Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın “FAN” agentliyinə istinadla xəbər verir. Müstəntiqlər bildiriblər ki, İsmayılov Avraam Russo ilə çox kobud rəftar edib, onu aşağılayıb, əllərini öpməyə məcbur edib, şəxsi məclislərdə dostları üçün mahnı oxutdurub. Oğurlanan gün mühafizəçilər sənətçini huşunu itirənə qədər döyüb, əməkdaşlığa məcbur ediblər. Tibbi sənədlərə görə, müğənni ciddi bədən xəsarəti alıb: ona burun sınığı, kəllə-beyin travması və çoxsaylı qançırlar diaqnozu qoyulub. Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov adam oğurluğu işində əsas təqsirləndirilən şəxsdir.
“Bütün bunlar sübut edir ki, Mərdanova hər hansı böhtan atılmasından söhbət gedə bilməz”, – Avraam Russonun vəkili Andrey Aleşkin “FAN”-a açıqalamasında təsdiqləyib.
Xatırladaq ki, müstəntiqlərin fikrincə, 2004-cü ildə Telman İsmayılov Zaur Mərdanov, Tarxan Eldukayev, Əliyar Dəmirov və Vladimir Qusakovla əlbir olaraq uzaqgörən bir bəhanə ilə Avraam Russonu Moskvadakı “Praqa” restoranına gəlməyə şirnikləndirib. Onu orada saxlayıblar və İsmayılovla prodüser kimi iş müqavilələri bağlamağa məcbur ediblər. Bundan sonra onu Moskva vilayətindəki iş adamının evinə aparıb və Russo bütün tələblərlə razılaşana qədər bir sutka da orada saxlayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.