fbpx

Temperatur kəskin enəcək – Bu tarixdən soyuqlar gəlir



Oktyabr ayının ilk on günlüyündə olmağımıza rəğmən hava çox isti keçir. Son iki gündür 26 dərəcə olan temperatur sabahkı hava proqnozuna əsasən 30 dərəcəyə yüksələcək. Bəs payız fəslində belə istinin müşahidə olunması normaldır?

BEY.AZ xəbər verir ki, meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib:

“Ölkəmizdə payız fəsli 22 sentyabrdan 21 dekabradək davam edir. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır. Şimal-qərb istiqamətindən ölkəmizə daxil olan soyuq hava kütlələrinin təsiri nəticəsində həftə sonundan etibarən Bakıda və respublikamızın digər rayonlarında havanın temperaturları əvvəlki günlərlə müqayisədə 5-10°C aşağı enəcək, bir neçə gün fasilələrlə yağıntı müşahidə ediləcək”.

Ekspert yağışlı havanın ən çox Cənub zonasını əhatə edəcəyini də vurğulayıb: “Noyabr ayında havanın temperaturunda intensiv enmə davam edəcək, minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınacaq. Payız yağıntıları ən çox Astara və Lənkəran rayonlarında müşahidə edilir”.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin