fbpx

“Tesla”nın dəyəri 1 trilyon dolları ötüb



Donald Trampın prezident seçkisində qələbəsindən sonra “Tesla”nın səhmləri sürətlə bahalaşıb.

BEY.AZ xəbər verir ki, şirkətin dəyəri 1 trilyon dolları ötüb. Elektrik avtomobil istehsalçısının səhmləri çərşənbə günündən bəri təxminən 23% artıb.

Bununla da “Tesla”nın CEO-su İlon Maskın şəxsi sərvəti “Forbes”ə görə 300 milyard dollara çatıb. Mask dünyanın ən zəngin insanı adını qoruya bilib.

Seçkidən öncə Tesla”nın elektrik avtomobillərinə tələbat son rüblərdə nisbətən azalmışdı. Buna baxmayaraq, Mask “Tesla”nın gələcəyini ekoloji dost avtomobillərdən daha çox avtonom nəqliyyat vasitələri üzərində qurmağa çalışır. “Tesla”nın ən böyük rəqiblərindən biri isə “robotaksi” xidməti ilə artıq bir neçə bazarda fəaliyyət göstərən “Alphabet”in “Waymo” şirkətidir.

Qeyd edək ki, Mask Donald Trampın prezident seçilməsi üçün tam dəstəyini ifadə edib. Tramp bildirmişdi ki, noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, “Tesla” rəhbəri İlon Maskın sədrliyi ilə “hökumətin səmərəliliyi komissiyası” yaradacaq. Mask isə “fürsət yaranarsa, Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm” açıqlamasını vermişdi.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin