fbpx

Teymur Musayev Ermənistan nümayəndə heyətinin iddialarına cavab verdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistan nümayəndə heyətinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə cənab Tedros Qebreyesusu təbrik edərək ÜST-nin fəaliyyətinin ölkəmiz tərəfindən daim dəstəkləndiyini bildirib.

Rüya tabirlerini burdan oku

Daha sonra nazir pandemiyadan irəli gələn çağırışların, o cümlədən güclü, dayanıqlı səhiyyə sistemlərinin yaradılmasında beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Bu xüsusda, səhiyyə sahəsində ölkədə həyata keçirilən mühüm proseslərdən bəhs edib.

Nazir bildirib ki, Azərbaycan hökuməti ölkə ərazisində yaşayan bütün etnik qrupların, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır. Bunu nəzərə alaraq, Ermənistan nümayəndə heyətinin beynəlxalq səhiyyə platformasının imkanlarından istifadə edərək hazırkı Assambleyada əsassız və təxribat xarakterli iddiaların səsləndirilməsinin qəbuledilməz olduğunu vurğulayıb, əvəzində iki ölkə arasında başlanılmış sülh prosesinə töhfə verməyə çağırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu