fbpx

“The Guardian” Azərbaycanın COP29-a ev sahibliyindən yazdı

Rüya Yorumları burda

Britaniyanın “The Guardian” qəzeti bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı ilə bağlı məqalə dərc edib.

BEY.AZ nəşrə istinadən xəbər verir ki, məqalədə qeyd olunub ki, Bakıda Olimpiya Stadionunda keçiriləcək COP29 konfransının iştirakçıları üçün maraqlı mühit olacaq.

Olduqca geniş formada hazırlanmış məqalədə Bakının neft qoxan sahilləri, emal zavodları, neft tankerlərinin COP29 konfransına qatacağı ab-havadan söz açılıb.

Daha sonra bu sahədə görülən işlər barədə məlumat verilib. COP29-un əsas məqsədi vurğulanaraq, yaşıl enerjiyə keçidin əhəmiyyəti qeyd olunub. Eyni zamanda bu sahənin inkişafı üçün siyasi iradə və maliyyə sərmayəsi barədə şərhlərə yer verilib.

Rüya tabirlerini burdan oku

“İstixana qazı emissiyalarını azaltmaq, dünyanın mövcud infrastrukturunu ekstremal hava şəraitinə daha davamlı etmək, qlobal temperaturu sənayedən əvvəlki səviyyələrdən 1,5 C səviyyəsində saxlamaq üçün lazım olan “yaşıl keçidi” həyata keçirmək böyük investisiya tələb edir”.

Qeyd edək ki, “The Guardian” nəşri bundan öncədə Azərbaycanın COP29-a ev sahibliyi barədə məqalə dərc etmişdi. Həmin məqalədə bildirilmişdi ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 zamanı dünya ölkələrindən Yay və Qış Olimpiya Oyunlarında olduğu kimi bütün hərbi əməliyyatların dayandırmaq və barışığa riayət etmək tələb oluna bilər.

Gülbəniz Hüseynli / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu