Tiaqo Alkantara türk klubuna doğru
Adı “Fənərbaxça” ilə hallanan Tiaqo Alkantara “Liverpul”dan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, “Liverpul” iddialı təklif gələcəyi təqdirdə futbolçunu satmağa razılıq verib. “Football İnsider“in xəbərinə görə, İngiltərə klubu transfer pəncərəsi zamanı Tiaqo üçün iddialı təklifi qəbul etməyə hazır olacaq. Bildirilir ki, futbolçu “Liverpul”da yüksək maaş aldığı üçün klub onu satmağa razılıq verib.
Qeyd edək ki, 32 yaşlı futbolçunun Premyer Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. “Fənərbaxça”nın futbolçuya və “Liverpul” nə qədər məbləğ təklif etdiyi açıqlanmayıb.