fbpx

“Tik-Tok” və “İnstagram”da dələduzluq edən şəxs saxlanıldı

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Sosial şəbəkələrdə vətəndaşları “ucuz qiymətə mobil telefon” adı altında kiber üsullarla talayan şəxs saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, “Tik-Tok” və “İnstagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən növəti əməliyyat keçirilib. Tədbir zamanı “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar” başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədi ilə “ucuz qiymətə mobil telefon” almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #TikTok #və #İnstagramda #dələduzluq #edən #şəxs #saxlanıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu