fbpx

“Tik-Tok”da 50 nəfərin pulunu alıb, bloka atdı – BAKIDA

“Tik-Tok” sosial şəbəkəsində dələduzluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, “Tik-Tok” sosial şəbəkə istifadəçisi olan Nihad Qurbanov bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirib. Ona müraciət edənlərdən beh adı altında müxtəlif məbləğlərdə pul alıb. Daha sonra həmin şəxsləri aldıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində o, saxlanılaraq, istintaqa təhvil verilib.

N. Qurbanov ifadəsində bu yolla təqribən 45-50 nəfəri aldatdığını və pul aldığı şəxsləri sonradan onunla əlaqə saxlamamaları üçün bloka atdığını bildirib. Lentaz

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin