fbpx

“Tik-Tok”da kiber cinayət törədən dəstə üzvləri saxlanıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial şəbəkədə “kreditə qızıl satılır” adı altında kiber cinayət törədən dəstə üzvləri saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə DİN əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rüya tabirlerini burdan oku

Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də “kreditlə qızıl satılır” başlığı adı altında xüsusən “Tik-Tok” sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır. Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar – 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci il təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər. Dəstə üzvləri izi itirmək məqsədi ilə “kreditlə qızıl” almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan 2001-ci il təvəllüdlü Kənan Bədirli müəyyən olunaraq saxlanılıb. Bu şəxs qeyri-qanuni vasitələrlə ələ keçirdiyi kart məlumatlarını müxtəlif mobil tətbiqlərdə qeydiyyatdan keçirib. Daha sonra Kənan Bədirli pul vəsaitlərini onlayn yolla öz hesabına transfer edərək silsilə oğurluqlar edib.

Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

“Elvin Həsənov, Loğman Zayidov, Ceyhun Kərimov və Kənan Bədirlinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#TikTokda #kiber #cinayət #törədən #dəstə #üzvləri #saxlanıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu