fbpx

“TikTok-da orduya aid görüntü yayanlar həbs edilməlidir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Vətəndaşların sosial şəbəkədə yaydıqları görüntülər ordunun fəaliyyətinə maneə yaradır”.

Bunu Metbuat.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan auditoriyasında ordumuzun hərəkələrini əks etdirən bəzi görüntüləri sosial şəbəkələrdə, xüsusilə “TikTok”da paylaşırlar:

“Bu görüntülərin bəziləri ordunun əvvəlki təlimləri ilə bağlıdır. Buna baxmayaraq vətəndaşlar həmin görüntüləri yeni görüntülər kimi ictimaiyyətə təqdim edirlər. Bununla da ordunun həyat və fəaliyyəti üçün problemlər yaratmaqdan həzz alırlar”.

Rüya tabirlerini burdan oku

Ekspert bildirib ki, bu kimi paylaşımların qarşısını almaq üçün tədbir görülməli, əks halda həmin şəxslər cərimələnməli və ya həbs olunmalıdır:

“Belə halların qarşısının alınması üçün heç olmasa inzibati cərimələr tutulmalıdır. Bəlkə, bu addım bəzi beyinləri yanlış addım atmaqdan çəkindirsin. Deməklə, müraciət və ya xahiş etməklə bu məsələnin qarşısı alına bilmir. Daha sərt addımlar atılmalıdır. İlk dəfə üçün inzibatı xəta, ikinci və ya sonrakı belə fəaliyyətlət üçün həbslər də nəzərdə tutulmalıdır”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#TikTokda #orduya #aid #görüntü #yayanlar #həbs #edilməlidir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu