Tiktok fenomeni Nia canlı yayıma qoşuldu, Kənan ağladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Tanınmış rejissor Kənan MM yardıma ehtiyacı olan uşaq üçün göz yaşı töküb.
Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, ARB televiziyasında yayımlanan “Səni axtarıram” verilişində rejissor Kənan MM müalicəsi üçün pul yığılan Nuray adlı qız üçün göz yaşı töküb.
O, balaca Nurayın təfəkkürünün öz yaşından qat-qat böyük olduğunu deyərək göz yaşı töküb. Bütün dost-tanışlarını yardıma ehtiyacı olan uşaqlara maddi kömək göstərmələri üçün səsləyib.
Həmçinin “TikTok” fenomeni Nia Qurbanova canlı efirə qoşulmaq istədiyi bildirib. Canlı yayıma qoşulan fenomen “Səni axtarıram” verilişinin başlatdığı ” 1 milyona 10 uşaq xilas edək” aksiyasına qoşulacağını, bu aksiyada onun da adının olacağı üçün sevincli olduğunu bildirib.
Qeyd edək ki, bu aksiya 4 gün davam etməsinə baxmayaraq, artıq lazım olan məbləğdən daha artığı yığılıb.
Həmin videonu təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.