fbpx

““TikTok” kimi şəbəkələr gəncliyimizi uçuruma aparır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Müasir dövrdə media və sosial şəbəkələr informasiyanın yayılması və qəbulu vasitəsi kimi cəmiyyətin vazkeçilməz parçasına çevrilib. Sosial şəbəkələr təkcə insanların fikirlərini formalaşdırmır, həm də kütlələrin şüurunu manipulyasiya edərək bu vasitəni ən qiymətli kapital növlərindən birinə çevirə bilmə xüsusiyyəti də daşıyır. Amma bu vəziyyətin nizamsız bir forma alması təkcə günümüz deyil, gələcəyimiz üçün də təhlükəlidir.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirdi ki, sosial media şəbəkələri artıq həyatımızın bir hissəsinə çevrildiyi üçün biz hər gün cəmiyyətin, fərdin həyatında onun rolunun daha çox artması tendensiyasını izləyirik və bu tendensiya da artan xətt üzrə inkişaf edəcək. Ekpertin fikrincə, sosial platformalar artlq ünsiyyət, informasiyanın yayılması və qəbulu vasitəsi deyil, ticarət , tədris , nüfuzlu tədbirlərin keçirilməsi üçün də platforma kimi fəaliyyət göstərir.

Yeganə Hacıyeva son vaxtlar sosial şəbəkələrdə gənclərin inkişafına təsir edən zərərli kontentlərin çoxalması ilə bağlı fikirlərə münasibətində qeyd etdi ki, bu mərhələdə sosial medianın həyatımızın bir parçası kimi qəbul edərək uşaqların, gənclərin, eyni zamanda, yeniyetmələrin inkişafına təsir edəcək şəbəkələrdə daha çox nizam, qayda yaradılması yollarını axtarmalıyıq.

Rüya tabirlerini burdan oku

Yeganə Hacıyeva

“Bu gün üçün dünyanın qarşısında duran vəzifələrdən biri də budur. Dünyanın yeni bir dövrə daxil olduğunu, qarşımızda yeni çağırışların olduğunu hamılıqla bilir və görürük. Məlumdur ki, yeni çağ texnologiya dövrü, əşyaların “ağıllandığı” dövrdə, texnologiyadan asılı olan bir nəsil yetişib. Dünyanın ən qabaqcıl ölkələrində başlayan texnoloji inkişafdan geri qalmamaq, zamanın tələbi ilə ayaqlaşa bilmək üçün cəmiyyətlər səfərbər olunub. Öncə onu qeyd etmək lazımdır ki, bu çox çətin işdir. Çünki sosial mediaların idarə olunması bölgələrdə və lokal ölkələrdən mümkün deyil. Misal üçün biz “Tiktok” şəbəkəsini göstərsək deyə bilərik ki, bu şəbəkə ölkəmizdə insanların həyatında daha populyar, geniş yayılan istifadə edilən platformaya çevrilib. 60-cı illərin əvvəlində televiziya həmin dövrün müasir insanının həyatında hansı rolunu oynayırdısa, “Tiktok”da o rolu oynamağa iddialıdır və o rolu oynayır. Bu şəbəkədə izləmələrinin sayı digər sosial media izləmələrinin sayına nisbətdə daha çoxdur və orada problemlərin qabardılması daha belə də spesifikdir. “Tiktok”da problemlərin qabardılması, ümumiyyətlə orada proseslərin təqdimatı, müasir Azərbaycan insanının intellektual səviyyəsinə cavab vermir. Əgər “Twitter” və “Linkedin” daha işgüzar və daha çox intellektual səviyyədə ünsiyyət qaydasında təqdimat varsa, “Tiktok”da bu daha fərqlidir. Ümumiyyətlə, hamı sosial medianı özünün intellektual səviyyəsi, fərdi ünsiyyət qaydaları, fərdi mədəniyyət qaydaları və səviyyəsində davranır”.

Günah izləyəndə, yoxsa təqdim edəndədir? – sualına cavab olaraq müsahibimiz qeyd etdi ki, bunun konkret cavabı yoxdur. Onun fikrincə, burada yük yenə də izləyənlərin üzərindəndir.

“Ümumiyyətlə, “TikTok”un Azərbaycan cəmiyyəti üçün faydalı olmasını qənaətini bölüşmürəm və mənim fikrimcə, ümumiyyətlə, sosial mediada, parametrik göstəricilər üzərindən bəlli yaşa qədər uşaqların və yeniyetmələrin istifadəsinin, xüsusilə bu şəbəkənin qadağan olunmasının tərəfdarıyam. Düzdür, bunun üçün sosial mediada qeydiyyat şərtlər var, amma barometrik göstəricilərlə – “faceid” qeydiyyat olmadığına görə azyaşlılar çox rahat istifadə edə bilirlər. Sosial medianın yeniyetmə və uşaqların psixikasına təsiri üzrə ciddi araşdırmalar edən mərkəzlərin açıqlamalarına görə vaxtını bu kimi şəbəkələrdə keçirən azyaşlı uşaqların ciddi ünsiyyət problemləri var və bu, böyüyəndə özünü daha aydın göstərir. Belə uşaqlar ünsiyyətdə razılaşmadıqları məqamlarda radikal reaksiyalarla, fikirlərini qışqıraraq ifadə edirlər. Nəticədə emosional adekvat olmayan nəsil yetişəcək. Hesab edirəm ki, dövlətlər bunun qarşısını almalıdırlar”.

Bir çox ekspertlər vəziyyətin bu həddə olmasına görə median günahlandırır. Onlar hesab edirlər ki, sosial şəbəkələrə bağlı olan bəzi media mənsubları birbaşa olaraq gənc nəslin inkişafına mənfi təsir edəcək mövzularda xəbərləri yayaraq bir növ vasitəçi rolunda iştirak edir.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Metbuat.az-a müsahibəsində bildirdi ki, bu gün Azərbaycanda media ilə sosial şəbəkələrin bağlılığını daha çox asılılıq kimi qiymətləndirir.

Fərid Şahbazlı

“Azərbaycanda media çox böyük mənada sosial şəbəkələrdən asılıdır. Bu gün ən böyük saytların, informasiya agentliklərinin izləyici girişi təxminən 70-80 faizi sosial şəbəkələrdən asılıdır. Sosial şəbəkələr isə çox təəssüf ki, zamanla özünün faydalı, ciddi məzmununu itirməkdədir. Buradan gələn izləyicilər daha çox əyləncəli, daha çox qalmaqallı, kriminal mahiyyətli xəbərlərə üstünlük verirlər. Şəxsən vəziyyətin bizim informasiya təhlükəsizliyimizi təhdid etdiyi qənaətindəyəm. Yəni bir anlıq düşünün ki, sosial şəbəkələr yoxdur, hansısa biri bağlanıb, fəaliyyətini dayandırıb və bu halda Azərbaycan saytlarına daxil olan oxucu sayı kəskin şəkildə aşağı düşəcək”.

Sosial şəbəkələrdən indiki halda imtina etməyimizin də mümkün olmadığını deyən Fərid Şahbazlı qeyd etdi ki, yeniliklərə, müasir çağırışlara inteqrasiya etmək, sosial şəbəkələrin imkanlarından faydalanmaq insanlar üçün uğurlu bir hadisədir. Bu fikirlərlə yanaşı Fərid Şahbazov hesab edir ki, mümkün olarsa, hansısa formada sosial şəbəkədəki fəaliyyətlər dövlət qurumları tərəfindən koordinasiya edilməlidir.

“Əks halda gənclərin gələcəkdə yetişməsində, onların cəmiyyət üçün layiqli bir vətəndaş kimi formalaşmasında çox böyük problemlər yaranacaq. Çünki gənclərimiz həyəcanlarının yüksək olduğu, təhlil qabiliyyətlərinin az olduğu bir məqamda onlar bu sosial şəbəkələr üzərindən ölkəsinə heç bir faydası olmayan insanların dəbdəbəli həyatını nümunə kimi görə bilərlər. Müəyyən gənclərimiz, təhsildən, oxumaqdan faydalı bir şəxs kimi yetişməkdən yayınıb, daha çox bloqçu olmaq barədə düşünür. Onlar sosial media fenomeni olmaq kimi qarşısına hədəflər qoyurlar. Əslində isə onların hədəf kimi götürdüyü şəxslərin heç biri sosial media fenomeni deyil. Sadəcə, tərbiyəsizliklə, orada əxlaqsız məzmun yaratmağa diqqət çəkən insanlardır. Bu mənada hesab edirəm ki, sosial şəbəkələrə xüsusən də “TikTok”a əncam çəkilməlidir. Çünki hazırda bu şəbəkə gənclərimiz, mənəvi dəyərlərimiz üçün ciddi bir təhlükə mənbəyidir və bu belə davam edə bilməz”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#TikTok #kimi #şəbəkələr #gəncliyimizi #uçuruma #aparır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu