“TikTok”da oyun təşkil edən şəxslər həbs edildi
Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
BEY.AZ xəbər verir ki, “TikTok”erlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10 min manat pul mükafatı vəd edilən yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub. Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085” səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumatı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |